Tornado answered
Uzunluğu 1980 km olan Şinqu çayı bütövlüklə Braziliya ərazisindən axır və Amazon çayının sağ qolunu təşkil edir.
Şinqu çayı Portu-di-Mos şəhəri yaxınlığında Amazon çayına tökülür. Çay mənsəbdə uzunluğu 160 km və eni 8-12 km olan estuari yaradır.
Çayın əsas qidasını yağış suları təşkil edir. Gursululuq dövrü oktyabrdan aprel-may aylarına qədər davam edir. Orta axarında böyük Kaşueyra-Qrandi şəlaləsi var.
Çayın enerji potensialı böyükdür.