Siklon necə yaranır?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Siklon - yunanca kuklon sözündən götürülüb “fırlanan “deməkdir. Siklonların mərkəzində alçaq təzyiq olub kənarlara doğru təzyiqin yüksəlməsi nəticəsində, kənardakı havanın mərkəzə doğru hərəkəti baş verir. Bu zaman mərkəzdəki yüngül hava sürətlə yuxarıya doğru hərəkət edərək buludun, yağışın yaranmasına səbəb olur və güclü külək əsir. Siklonlar qapalı küləklər olmaqla şimal yarımkürəsində saat əqrəbinin əksi istiqamətində, cənub yarımkürəsində isə saat əqrəbi istiqamətində hərəkət edirlər.

Siklonlar iki cür olurlar tropik və tropikdənkənar siklonlar. Tropikdən kənar siklonlar mülayim durşaqda yaranırlar geniş ərazini əhatə edirlər.Tropik siklonlar isə daha az ərazini əhatə etsələr də daha çox dağıdıcı gücə malik olurlar və tayfun və qasığaların yaranmasına səbəb olurlar. Tropik siklonların mərkəzində “fırtına gözü“adlanan yer olur ki, burada küləksiz, buludsuz, yağışsız sakit hava olur.

0 points