Tornado answered
Nə qədər püskürən vulkandan, mafiyadan, kriminal aləmdən danışsalar da eramızdan əvvəl 8-ci yüzillikdən bəri tarixə malik bu yerləri görməyi çox istərdim.
Siciliya adası İtaliyanın cənubunda yerləşməklə Apennin yarımadasından Messina boğazı ilə ayrılır. Ərazisi əssən dağlıqdır. Adanın sahillərini 3 dənizin(Aralıq, Tirren, İon) suları yuyur. Düzənliklər ən çox Kataniya əyalətindədir. Adanın şimal hissəsində Avropanın ən hündür fəal vulkanı olan Etna yerləşir. Palermo, Taormina, Etna, qədim tarixi abidələri görmək istədiyim yerlərdəndir.