Seysmoqraf nədir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Seysmik dalğaları ölçmək üçün istifadə olunan cihaz seysmoqraf adlanır. İlk dəfə seysmoqrafı eramızın 132-ci Çində Can-Hen tərəfindən düzəldilmişdir. O, düzəltdiyi seysmoqrafıa Houfen “zəlzələnin flügeri “adını vermişdir.

Cihaz misdən hazırlanmışdı və çəlləyə oxşar formada idi. Onun kənarlarına üfüqün əsas və aralıq cəhətlərinin istiqamətində ağzında mis kürə tutan əjdaha başı bərkidilmişdi və hər bir əjdahanın qarşısında aşağıda ağzıaçıq qurbağa qoyulmuşdu. Qabın içərisində əjdahalarla əlaqəsi olan lingə söykənmiş metal mil qoyulmuşdur. Titrəyiş baş verən zamanı mil linglərdən birinin üzərinə düşür bu zaman lingin əlaqədar olduğu əydahanın ağzı açılır və mis kürə qurbağanın ağzına düşür. Zəif təkan olduqda bir kürə, cihaz episentrdə olduqda isə bütün kürələr düşür. Çox həssas cihaz idi hətta 600m dərinlikdə olan titrəyişləri tuta bilirdi.

Avropada 1855 ci ildə ilk seysmoqrafı italyan Luici Palmieri düzəltmişdir. Sonralar Yaponlar daha dəqiq seysmoqraflar düzəltmişlər.

0 points