Tornado answered
Rəsmi adı Şərqi Timor Demokratik Respublikası olan bu dövlət Cənub Şərqi Asiya regionuna daxil olub Malay arxipelaqının sonunda yerləşən Timor, yaxında olan Atauru və Jaku adalarında yerləşir.
Ölkənin paytaxtı Dili şəhəridir. Dövlət dili tetum və portuqal dilidir. Fəal seysmik ərazidə yerləşdiyindən tez-tez zəlzələ və sunamilər olur. İqlimi subekvatorial musson iqlimidir. Dağlarda və dağətəyində sandalağacı, düzənliklərdə isə savanna, palma və evkalipt ağacına rast gəlinir. Timor adasının yarı hissəsi İndoneziyaya mənsubdur.