Şərqi Roma İmperiyası nə zaman süqut etmişdir?

Tarix Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Elvin Namazov answered

Şərqi Roma imperiyası vəya Bizans Roma imperiyasının parçalanması nəticəsində yaranmışdır. Anadolu və Balkan yarımadalarını həmçinin Aralıq dənizi sahili ərəb dövlətləri ərazilərini və Misiri əhatə edirdi. 395-ci ildə Roma imperiyası imperatoru I Feodosiynin imperiyanı oğlanları Arkadiy və Honoriy arasında iki yerə bölməsi ilə imperiya rəsmən Şərqi və Qərbi Roma imperiyasına ayrıldı. German tayfalarının hücumları Qərbi Romanı zəiflədərək V əsrdə onun süqutuna gətirib çıxardı.

 Şərqi Roma isə daha uzun yaşadı və hətta VI əsrdə bəzi keçmiş Qərbi Roma əyalətlərini də özünə tabe etdi. Ərəblər və Səlcuq Türkləri ilə müharibələr Bizansı zəiflətdi. Bizansa son zərbəni isə Osmanlı Türkləri vurdu. 1453-cü ildə Bizansın paytaxtı Konstantinopol Osmanlılar tərəfindən tutuldu və Bizans süquta uğradı.

0 points
User User answered

5 ci esrde

0 points