Tornado answered
İndoneziya ərazisinə daxil olan bu ada Malay arxipelaqının Moluk adalar qrupuna daxildir. Seram adası çox mürəkkəb quruluşa malik tektonik ərazidə yerləşir.
Tavaların hərəkəti nəticəsində ayrıca bir mikrotava təşkil edən Seram adası 8 milyon ildə 80 dərəcə yerini dəyişmişdir. Adanın mərkəzindən dağ silsiləsi keçir. Ən hündür nöktəsi Binaya (3019 metr) dağıdır.
Temperatur 25-27 dərəcə arasında dəyişir. Yağıntı 2000 mmv ə dağlarda 4000 mm-ə çata bilir. Seram adası təmamilə rütubətli meşələrlə örtülüdür. Əsasən qətran, kopra, saqo və balıq istehsal edirlər. Adanın şimal şərqində neft çıxarılır.