Sent-Lüsiya adası harada yerləşir?
Tornado answered
Ada dövlət olan Sent-Lüsiya Karib hövzəsində yerləşən Sent-Lüsiya adasındadır. Ölkənin sahəsi 616 km²-dir. Sent-Lüsiya Sent-Vinsent və Martinika adaları arasında yerləşir. Vulkanik mənşəli ada olduğuna görə ərazisi dağlıqdır.
Ada Kolumb tərəfindən 1502-ci il dekabrın 13-ü müqəddəs Lüsiya günü kəşf olunmuşdur. 1979-cu ildən Birlik ölkələri daxilində müstəqil dövlət kimi fəaliyyət göstərir.
İqlimi tropik passat olub dənizdən əsən küləklər istiliyin azalmasına səbəb olur. Yağıntının miqdarı 500-3000 mm arasında dəyişir. Ən çox yağıntı maydan avqusta kimi düşür.
İqtisadiyyatının əsasını turizm və qismən kənd təsərrüfatı təşkil edir.