Sent Kits və Nevis harada yerləşir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Sent Kits və Nevis adalarda yerləşən dövlət olub Mərkəzi Amerikanın Karib hövzəsində yerləşir. Paytaxtı Sent Kits adasında yerləşən Baster şəhəridir. Ölkə Şimali İrlandiya və Böyük Britaniya Birləşmiş Krallığının kraliçasının rəhbərlik etdiyi Millətlər birliyinin üzvüdür. Adalar Kolumb tərəfindən kəşf olunub və yerli əhali məhv edildikdən sonra əvvəl ingilislərin sonra da fransızların yaşayış məskənləri salınır.

XVII əsrdən iki ölkə arasında gedən mübarizədən sonra Versal müqaviləsinə görə Böyük Britaniyaya verilir. Sent Kits və Nevis 1983-cü ildən müstəqil dövlətdir.

0 points