Seneqal çayı haradadır?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Seneqal çayı Qərbi Afrikadan axır. Çay öz başlanğıcını Mali ərazisində Bafin və Bakoy çaylarından götürür. Burada çay hündürlüyü 16 metr və eni 500 metr olan Huina şəlaləsini əmələ gətirir. Çayın adı onun sahilində yaşayan Bərbər tayfalarından olan seneqanın adından götürülüb. Çayın uzunluğu 1970 km-ə qədərdir. Mənsəbdə çay onlarla qollara ayrılır və böyük Her gölünü əmələ gətirir. Tez-tez baş verən daşqınların gətirdiyi lil torpağın münbitliyini artırır. Çay gəmiçilik üçün əhəmiyyətli olub iri gəmilər Malinin Kaes şəhərinə kimi üzə bilir.

Əsas qolları Farem, Karakoro, Qorqol çaylarıdır. 1072-i ildə çayın sahilində olan hər 3 dövlər (Mali, Mavritaniya və Seneqal ) onun bərpası və qorunması haqqında qərar qəbul etdilər.

0 points