Tornado answered
Sena Fransanın böyük çaylarından biri olub, uzunluğu 776 kilometrə bərabərdir. Mənbəyini Lanqr və Burqundi yaylasından götürən çay Havr limanı yaxınlığında La-Manş körfəzində olan Sena buxtasına tökülür. Əsas qidasını yağış suları təşkil edir. Gursululuq dövrü noyabrdan mart ayına qədər davam edir. Ən az suyu (mejen) qısa müddətli olur və yay aylarına təsadüf edir.
Çay mənsəbində estuari əmələ gətirir. Mənsəbdə dünyanın ən uzun asma körpüsü tikilib. Sena çayına sağdan Ob, Marna, Yaza, Adel, soldan isə Yonna və Er çayları tokülür.