Tornado answered
Dünyanın ən qədim və ən hündür meşələri olan sekvoya meşələri Şimali Amerikanın qərbində Sakit okean sahillərində yerləşirlər. İynəyarpaqlı ağac olan sekvoya ağacının hündürlüyü 100 metrdən çox, diametri isə 10 metrə bərabər olur. Ağac tez boy atır, havaya və suya tələbkardır.
Bu ağacları qorumaq məqsədi ilə Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında milli park yaradılmışdır. Parkda olan ağacların adı və ləqəbləri var. Məsələn, General Şerman, Nəhəng Stratosfer, İkar, Paradoks və s.