Şəkər qamışı çoxillik ot bitkisi olub əsasən təbii halda Sakit okeanın cənub qərbində, Yeni Qvineya ərazisində bitir. Mədəni bitki olaraq ilk dəfə Hindistanda əkildiyi güman edilir. Bitkinin yabanı növlərinə şimali Afrikada, Qrta şərqdə, Hindistan, Çin, Tayvan, Malayziyadada rast gəlinir. İlk dəfə şəkər qamışından şəkər istehsal edən dövlət Hindistan olub. Onlar şəkəri "sarkara" adlandırırdılar.
Ərəb ölkələri şəkər istehsalına orta əsrlərdə başlamışlar və Misir Avropa ölkələrinin əsas şəkər tədarükçüsünə çevrilmişdir. 1492-ci ildə Kolumb Amerikanı kəşf edərkən bitkini San Dominiqo adalarına aparmış və oradan Amerika ölkələrinə yayılmışdır. Burada şəkər qamışının yetişdirilməsi üçün əlverişli şərait olduğundan yüksək məhsuldarlığa nail olmuşlar. Cənubi Avropada şəkər qamışı əkməyə cəhd etsələr də iqlim şəraiti buna yol vermədi.
Hazırda şəkər qamışı əkinləri və şəkər istehsalına görə Braziliya, Hindistan, Cin, Tayland, Pakistan, Meksika, Flippin öndə gedən ölkələr sayılır.