Dəvə məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin dəvəkimilər fəsiləsinə aid heyvandır. Səhrada yaşayan bu heyvanın istər xarici, istərsədə daxili orqanları təmamilə bu şəraitdə yaşamağa uyğunlaşmışdır. Dəvənin gözündə olan üçüncü göz qapağı onu səhrada yeriyərkən qum fırtınalarından qoruyur. Şəffaf pərdədən ibarət bu göz qapaqlarından dəvə gözüyumulu da ətrafı görə bilir. Bundan əlavə göz ətrafında olan sərt sümüklər dəvənin gözlərini qum zərbələrindən və günəş şüalarından qoruyur.
Dəvənin mədəsi də digər məməlilərdən fərqlidir, belə ki, dəvənin mədəsi 800 kameralı olub hətta sellülozu da həzm etmək gücünə malikdir. Normalda 30-50kq qida yeyən dəvə qida tapmadıqda 1 ay 2kq otla da qidalana bilər. Susuzluğa çox dözümlüdür, ancaq bir dəfəyə 200l-dən çox su qəbul edə bilir. Dəvənin susuzluğa dözmə səbəbi ifrazat üzvlərinin fərqli quruluşudur. Dəvə susuz qaldıqda sidik ifrazını 90% azalda bilir və bundan əlavə sidik böyrəkdə təmizlənərək dəfələrlə qaraciyərdən keçilə bilir ki, məməlilərin çoxunda bu orqanizmin zəhərlənməsinə səbəb olur.
Dəvə səhrada əvəzedilməz nəqliyyat vasitəsidir. Belində 1 tona qədər yük apara bilir. Belindəki yüklə onun sürəti saatda 4-5km-a çata bilir. Məcazi mənada bu heyvanları "səhra gəmisi" adlandırırlar.