Tornado answered
Rusiya Federasiyasının cənub şərqini və Monqolustanın şimalını əhatə edir. Sayan dağları Qərbi və Şərqi Sayan deyə iki yerə ayrılır. Sayan dağlarından axan çaylar əəsasən Yenisey hövzəsinə aiddirlər. Qərbi Sayanın ən hündür yeri Qızıl Tayqa (3121 m) zirvəsidir. Əsas silsiləsi Suayırıcı silsilə olub kəskin parçalanmış sıldırımlı yamaclara malikdir. Şərqi Sayan Yeniseydən Baykala qədər uzanır. Şərqi Sayanın ən hündür nöqtəsi Munku-Sardık (3491 m) dağıdır.
Sayan dağlarında turistləri özünə cəlb edən hər şey var. Gözəl təbiət, şəlalələr, göllər və s.