Şaxta Baba varmı?
Şaxta babanın bir çox adları var: Sant Nikolas, Noel baba, Nikolas of Mariya, Santa Klaus, Pere Noel, müqəddəs ata Kristmas və s.
Qərb dünyasının ən əsas fiqurlarından biri olan Santa Klausun əsası dinlə əlaqədar olsada əslində bu fiqur daha çox reklam xarakteri daşıyır.
Uşaqların qoruyucusu 4-cü yüzil şəhidi St. Nicolasın adı 12-ci əsrdə hədiyyə verməklə birləşdirildi. Bu 6 dekabr il sonu Saturn festivalında hədiyyə alıb vermək bir adətə çevrildi. Ancaq insanların beynində formalaşmış qirmizi kostyumlu və ağ saqqalı qoca isə son illərdə yaranmışdır.
Viktoriya dövrünün ortalarına qədər Şaxta baba stili tamamilə fərqliydi. Bu fiqur heçdə qirmizi kostyumlu deyildi. Geyim yaşıl vəya maviydi və bütünlüklə heyvan kürklərindən ibarət idi. 1858-ci ildə Amerkanın təsvir etdiyi Şaxta babanın saqqalı belə yox idi. Marallarla isə heç bir əlaqəsi yox idi.
Harpes Uiklinin 1863-cü ilin dekabrda nəşr etdiyi Santa obrazı ulduzlar içində bəzədilmiş maralların daşıdığı xizəkdə təsvir edilmiş və Şimal dövlətinə bağlı əsgərlərə hədiyyə paylayırdı.
1880-cı illərdə reklamlarda bu obraz daha kök və qırmızı paltarda təsvir edilməyə başlandı. Ancaq bugün formalaşmış qırmızı geyimli Santa Klaus 1931-ci ildə Coca-Cola reklamlarında istifadə edilmişdir.