Tornado answered
Hind çayının ən böyük qolu olan Satlec çayı Çin, Hindistan və Pakistan ərazisinadən axır.
Çay başlanğıcını Tibetin 4630 m hündürlüyündən olan Manasarovar gölündən götürür. Uzunluğu 1536 km olan Satlec çayı 160 km-lik ərazidə Hindistan Pakistan sərhəddi boyunca axır və axıb keçdiyi ərazinin ən böyük çayı sayılır. Ərazidə baş verən tektonik fəallıqla əlaqədar olaraq çay dəfələrlə yatağını dəyişmişdir. Ən son 1953-cü ildə çay yatağını dəyişmiş və bu da minlərlə insanın evsiz qalmasına səbəb olmuşdur.
Çayın qidasını buzlaq suları və musson yağışları təşkil edir. Hindistanda çayın üzərində 4 kaskad SES-lər tikmişlər.