Sasanilər dövləti III əsrdən VII əsrə qədər İran və ona qonşu ərazilərdə hökm sürmüş fars mənşəli sülalə tərəfindən idarə olunan imperiyadır. Sülalənin ilk nümayəndəsi I Ərdəşir Babəkandır. Sasasnilər dövləti ondan əvvəlki imperiya Parfiyanı yıxaraq İrana hakim olmuş ərəb yürüşləri zamanı süquta uğramışdır.
I Ərdəşir Fars vilayətinin Tiruda şəhərində anadan olmuşdur. İlk əvvəl atası Babək vəyaxud Papak ilə bərabər Fars vilayət hakimi Gozihri devirmişlər. Atası Papakın ğlümü ilədə Fars vilayətinin idarəsi Ərdəşirə və qardaşı Şapura qalır. Lakin tezliklə Şapurda ölür və Ərdəşir təkbaşına Fars hakimi olur.
Ərdəşir nisbətən qüvvətləndikdən sonra ölkənin ali süzereni V Artabana qarşı çıxır. Bəndər Abbas yaxınlığındakı döyüşdə Artabanı yenir. Bundan sonra Ktesifon şəhərinə gələrək "Şahənşah" ünvanı ilə taxta çıxır. Ərdəşir ömrünün son iki ilini oğlu birinci Şapurla ölkəni şərikli idarə edir.