Sarı dəniz hansı okeandadır?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Sarı dəniz  Sakit okeanda Çin və Koreya yarımadası arasında yerləşir. Dənizin suyunun rənginə görə onu sarı dəniz adlandırırlar. Sarı dəniz materik dayazlığında yerləşdiyinə görə dərinliyi o qədər də çox deyil. Orta dərinliyi 40 metr, maksimal dərinliyi isə 106 metrə bərabərdir. Avropalılardan Sarı dəniz sahillərində ilk dəfə Marko Polo olmuşdur.

Iqlimi mülayim iqlimin musson tipidir, iyun ayından oktyabr ayına qədər tropik qasırğaların (tayfunların) təsiri altında olur. Orta illik yağıntı 600-1000 mm arasında dəyişir. Dəniz zəngin bioloji aləmə məxsusdur. 300-dən çox balıq növünə rast gəlinir.

0 points