Şapsuqlar hansı xalqın subetnik qrupudur?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Şapsuqlar Qərbi Çərkəzlərə (Adıgey) məxsus subetnik qrupdur. Yəni çərkəzlərin 12 qəbiləsindən biridir.

Şapsuqlar Rusiya Federasiyasının Adıgey Respublikasında, Krasnodar diyarının Tuapse rayonunda, Soçi rayonunda, Lazarevski şəhərində yaşayırlar. Sayları təxminən dörd minə yaxındır.

Əvvəllər şapsuqlar Qara dəniz sahillərində və Kuban çayı sahillərində geniş ərazidə məskunlaşmışdılar. Qafqaz müharibələrindən qabaq onların sayı 150 000-dən 300 000-ə qədər olmuş və bu müharibələrdə fəal iştirak etmişdilər. Müharibədən sonra şapsuqların müəyyən bir hissəsi Çar Rusiyası tərəfindən Türkiyəyə və digər Yaxın Şərq ölkələrinə köçürülərək orada məskunlaşmışlar. Dindarları müsəlmandır. Hazırda Adıgey respublikasında olan Şapsuqlar ayrıca etnik qrup kimi qeydə alınmırlar.

Şapsunqlar əsasən kənd təsərrüfatı ilə məşğul olurlar. Əsasən heyvandarlıq, bağçılıq, üzümçülük, atçılıq, arıçılıqla məşğul olurlar.

0 points