Şanxay şəhəri haqqında nə bilirsiniz?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Çin Xalq Respublikasının şərqində yerləşən Şanxay şəhəri əhalisinin sayına görə ölkənin ən böyük şəhəri hesab olunur. Şəhər Yantszı çayının mənsəbində yerləşir. Ölkənin mühüm maliyyə və mədəniyyət mərkəzi və həmçinin dünya miqyaslı böyük liman şəhəridir.

Yantszı çayının qolu olan Xuanqu çayı şəhəri iki hissəyə bölür. Musson tipli rütubətli subtropik iqlimə malikdir. 4 mövsüm aydın seçilir. Yaz və qış tez keçir, lakin qış nisbətən soyuq keçir .Yay isti və uzun olur. Yağıntılar adətən leysan xarakterli olub yay aylarında düşür və yay çox isti və bürkülü keçir. Bütün bunlara baxmayaraq ən güclü turizm axını yay aylarına təsadüf edir. İl ərzində bir neçə dəfə tayfun müşahidə edilir. 

Şəhərdə maşınqayırma, avtomobil, kompyuter, məişət texnikası, tibb avadanlıqları, telekommunikasiya avadanlıqları və sairə zavodlar vardır.

0 points