Tornado answered
San Tome adası Atlantik okeanının Qvineya körfəzində yerləşir. Vulkanik mənşəli olan bu adanın ərazisi dağlıqdır. Ən yüksək nöqtəsi hündürlüyü 2024 metr olan Piku-de-San-Tome dağıdır.
Dağın kraterində göl var. Ən iri çayları Aqua-Qrande və İo-Qrande çaylarıdır. Ada əhalisi içməli su ilə təmin olunub. İqlimi ekvatorial dəniz və tropik dəniz iqlimidir. İsti və rütubətlidir. Yanvar ayının orta temperaturu +26 dərəcə, iyulun orta temperaturu isə - 23 dərəcəyə bərabər olur. Yağıntının miqdarı 1000 mm, dağlara qalxdıqca 3000 mm-ə kimi ola bilir.
İstilik və rütubətin çox olması burada meşələrin geniş sahə tutmasına səbəb olub.
San-Tome adası San-Tome və Prinsipi dövlətinin ən böyük adasıdır.