San Dieqo şəhəri hansı ölkənin ərazisindədir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

ABŞ-ın qərbində yerləşən San-San meqalopolisinə daxil olan San Dieqo şəhəri Kaliforniya Ştatının ikinci böyük şəhəridir. Şəhər Kaliforniya ştatının cənubunda Meksika ilə sərhəddə yerləşir.

San Dieqonun iqlimi subtropik iqlim olub yayı quraq, qışı yağıntılı keçir. Burada qış qısa və mülayim keçir. Yay fəsli çox uzun olur. İqlimi quraqdır. Yağışlı dövr noyabr mart aylarına təsadüf edir. Ən çox yağış martda düşür.

San Dieqo şəhəri Kordilyer dağları ilə Sakit okean arasında ensiz sahil zolaqda, dəniz səviyyəsindən 200 metr hündürdə yerləşir.

İqtisadiyyatında əsas yeri elm tutumlu sənaye sahələri xüsusilə biotexnologiya, səhiyyə, hərbi texnologiya tutur. Turizmin şəhər iqtisadiyyatında rolu böyükdür. Turizmin inkişafı üçün il boyu şərait var.

0 points