Saçlarımız niyə uzanır?
Bədənimizdəki tüklərin hər biri torpaqdakı ot kimi dərimizin altındakı öz yuvasında yaranır və böyüyür. Bu yuvadakı yeni saç hüceyrələri tüklərin köklərini əmələ gətirir. Yeni hüceyrələr əmələ gəldikcə köhnələr yuvadan kənara itələnir və bu hüceyrələr çölə itələndikcə canlı olma xüsusiyyətlərini itirirlər yəni ölürlər və buda bizim gördüyüm saç hissəsini təşkil edir.
Saç və tük məməlilərin əcdadlarının (terapsidlərin) qoruyucu örtüyünün tərkib hissəsidir. Epidermis törəməsidir tərkibi keratin pulcuqlardan təşkil olunub.
Saçlar gündəlik 0,3-0,4 millimetr uzanır. Sağlam insanda 100.000-150.000 saç teli olur.
Saç teli 50-100 qr ağırlığı qaldıra bilir. Saça rəngi pigmentlər verir. Bunlar sarı, qırmızı və göydür. Rənglərin qarışma ölçüsünə görə alışdığımız saç rəngləri əmələ gəlir.