Tornado answered
Rusiya Federasiyasının ən hündür yeri Böyük Qafqaz dağlarının şimalında, Kabardin-Balkar və Qaraçay-Çərkəz Respublikalarının ərazisində yerləşən Elbrus dağıdır. Bu dağ iki zirvəli konusa malik olub hündürlüyü 5642 m-ə bərabərdir.
20 milyon il əvvəl yaranmış bu dağda vulkan püskürməsi ən son 5120 il əvvələ təsadüf edir. Dağın şərq zirvəsində ilk dəfə 1829-cu il iyulun 22-də general Emmanuelin ekspedisiyasında olan Kilar Xaşirov olmuşdur. Qərb zirvəsi isə 1874-cü ilin yayında F.Qurov, Frederik Qardner, X. Uoker, P.Knubel və A.Sottayev tərəfindən fəth edilmişdir.
