I Pyotr Rusiyanı Avropa dövlətləri səviyyəsinə gətirməyi bacaran çar və imperatordur. Bəzi tarixçilər onu "Böyük Pyotr" bəziləri isə "Dəli Pyotr" adlandırmışlar. Pyotr 1682-ci ildə atası çar I Aleksey ölümündən sonra qardaşı V İvan ilə bərabər taxta çıxdı. Lakin yaşının azlığı səbəbi ilə ölkəni naibi olaraq bacısı Sofiya Alekseyevna və onun məşuqu Qolitsin idarə edirdi. Lakin çox keçmədən Pyotr çevriliş edərək idarəetməni ələ aldı. 1696-cı ildə qardaşı V İvanın ölümü ilədə rəsmi olaraq tək çaar oldu. 1721-ci ildə özünü imperator elan edərək Rusiyanı imperiyaya çevirdi.
Pyotr Rusiyanı Avropa dövlətləri səviyyəsinə çatdırmağı düşünürdü. Bu məqsədlə hərbi, sosial və iqtisadi sahələrdə islahatlar keçirtdi. O dövr Rus dövlətinin əsas rəqibləri Osmanlı və İsveç idi. Pyotr hər iki dövlətə qarşı müharibələr apararaq Rus dövlətinin mövqeyini xeyli yaxşılaşdıra bildi. Baltik dənizinə çıxış üçün saldırdığı Sankt Peterburq şəhəri özünün əmri ilə imperiyanın paytaxtına çevrildi.