Roman dil qrupuna daxil olan dillər hansılardır?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Roman dilləri Hind-Avropa dil ailəsinin alt qrupuna daxildir. Bu dil qrupunun Roman adlanması qədim Roma imperiyası ilə bağlıdır.

Böyük coğrafi kəşflər və müstəmləkəçilik nəticəsində Roman dilləri Amerika və Afrika qitələri başda olmaqla digər qitələrə yayılmışdır.  Fransız, italyan, ispan, portuqal, rumın dilləri, katalon dilləri bu qrupa daxil olan başlıca dillərdir.

Fransız dili: - roman dilləri içərisində ən geniş yayılmış dillərdən olub rəsmi olaraq 29 ölkənin dövlət dilidir və 200 milyon adam bu dildə danışır.

İspan dili: - Latın Amerikası ölkələrində, Ekvatorial Qvineya və Qərbi Böyük səhrada rəsmi dil olaraq ABŞ, Andorra, Filippin, Beliz, Cəbəli-Tariqdə qeyri rəsmi olaraq danışılan dil olub dünyanın ən çox danışılan ikinci dili sayılır.

İtalyan dil: - 70 milyon əhalinin danışdşdığı dil olub İtaliya, Vatikan, San-Marino, İsveçrənin rəsmi dili və Cloveniya və Xorvatiyanın ikinci rəsmi dili sayılır.

Portuqal dili: - Portuqaliya, Braziliya, Anqola, Kabo-Verde, Şərqi Timor, Qvineya-Bisau, Makau, Mozambik, San-Tome və Prinsipi və Ekvatorial Qvineyada danışılır. Təxminən 193 milyon nəfərin danışdığı dildir.

Rumın dili: - Rumınların anadili olub, Moldova, Serbiya, Ukrayna, Macarıstan, Almaniya, İsrail, ABŞ- da danışanlar cəmi 25 milyondur.

Katalan dili: - Roman dilinin oksitan-roman yarımqrupuna aid dil olub İspaniya, Fransa, İtaliya, Andorrada danışılır.

0 points