Roka burnu hansı materikin ucqar nöqtəsidir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Avrasiya materikinin ucqar qərbində yerləşən burun Roka adlanır. Burun Lissabon şəhərindən 40 km qərbdə yerləşir. Qədimdə burunu Promontorium Maqnum adlandırırdılar. XV əsrdə isə Lissabon burnu adlandırılan burun Atlantik okeanında yerləşir. Burun üzərində mayak və həm də suvenir mağazası inşa edilib.

Roka burnu həmişə küləklidir və burada küləyin istiqaməti çox tez-tez dəyişir. Burun əsasən çəhrayı rənglərdə olan qranit, qabbro diorit, sionit, vulkan brekçiyası kimi möhkəm süxurlardan ibarətdir. Bunlara baxmayaraq sahil güclü eroziyaya məruz qalmışdır. Turistləri ən çox cəlb edən günəşin batmasını seyr etməkdir. Burun Sintra Kaşkayş milli parkının ərazisində yerləşir.

0 points