Rif Respublikası haqqında nə bilirsiniz?

Tarix Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Elvin Namazov answered

Rif Respublikası Afrikanın şimalında 1921-ci ildən 1926-cı ilə qədər müstəqil qalmış bir dövlətdir. Əsası Mərakeşin sultanından və İspaniya kralından asılığı aradan qaldırmaq uğrunda mübarizə aparan Bərbər qəbilələri tərəfindən qoyulmuşdur. Respublikanın idarəçi əmiri Əbdülkərim Xəttabi idi. Lakin ispanlar bu dövlətin yaranması ilə heç cür barışmırlar və Fransanın da dəstəyi ilə 1925-ci ildə Rif dövlətinə qarşı müharibəyə başlamışlardır. 1926-cı ildə respublikanın varlığına son qoymuşlardır. Xəttabi ölkədən qaçaraq ömrünün son illərini Misirdə keçirmişdir.

0 points