Tornado answered
Sahəsi 3 km² olan Retba və ya çəhrayı göl adlanan bu göl qərbi Afrikada Seneqal ərazisində yaşıl burun yarımadasından şimal şərqdə yerləşir. Vaxtilə Atlantik okeanının bir hissəsi olan bu göl laquna çevrilərək ayrılıb. 1970-ci illərdə baş verən quraqlıq nəticəsində gölün bu rəngdə olmasına səbəb suyunun cox duzlu olması və bu sularda yaşayan canlılarla əlaqədar olaraq göl xeyli dayazlaşıb.
Gölün qeyri-adi rəngdə olmasının səbəbi isə orada yaşayan 1.5 milyard il əvvəl yaşamış siyanobakteriyaların burada olmasıdır. Retba gölündə duzluluq Ölü dənizdəkindən 1.5 dəfə çoxdur.
Quraqlıq dövründə göl daha rəngarəng olur. Göldə duzluluq 40%o-ə qədər yüksələ bilir. Göldə 10 dəqiqdən artıq qalmaq mümkün deyil.