Reç-Pospolita dövləti nə zaman yaranmışdır?

Tarix Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Elvin Namazov answered

Reç-Pospolita və yaxud Polşa-Litva ittifaqı 17-ci əsrdə Avropanın ən güclü dövlətlərindən biri idi. Reç-Pospolita 1 iyul 1569-cu ildə Lyublin şəhərində imzalanan uniyaya görə yaranmışdır. Uniyaya görə Litva, Polşa və Prussiya tək dövlətə çevrilərək birləşdilər. Reç-Pospolita dövləti indiki Litva, Latviya, Belarusu, həmçinin Ukrayna, Polşa və Estoniyanın böyük hissəsini və Rusiyanın bəzi qərb rayonlarını əhatə edirdi. 

 Reç-Pospolita güclü olduğu dövrlərdə İsveç, Osmanlı və Rusiya ilə fasiləsiz müharibələr aparmışdır və hətta 17-ci əsrin əvvəllərində Rusiyaya hərbi müdaxilə etmişdir. Polyak qusarları 17-18 əsrlərdə Avropada əsas hərbi birliklərdən biri sayılırdı və hətta Osmanlıların ikinci Vyana mühasirəsi zamanı məğlubiyyətində əsas rol oynamışdılar. Reç-Pospolita dövləti 18-ci əsrin sonuna doğru getdikcə zəifləyərək Rusiya, Prussiya və Avstriya arasında bölündü.

0 points