Qviana yaylası haradadır?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Cənubi Amerikada yerləşən bu yayla Orinoko, Amazon və ensiz sahil zonasında yerləşən Qviana ovalıqları arasında yerləşir. Yayla Venesuela, Qayana, Surinam, Qviana və Braziliya ərazisinə düşür. Ən hündür yerlərinin hündürlüyü 2995 metr olan Neblina dağı və 2810 metr olan Rorayma dağıdır. Yayla qədim qırışıqlıq zonasına düşür. Faydalı qazıntılarla zəngindir. Burada dəmir filizi, qızıl, uran, almaz, boksid, marqans və başqa faydalı qazıntılarla zəngindir.

Həmişəyaşıl meşələrlə örtülü olan yayla zəngin flora və faunaya malikdir. Burada 13367 bitki növünə malikdir ki, bunların da 3 dən biri endemik bitkilərdir. Bütün bunlardan əlavə dünyanın ən hündür şəlaləsi olan Anhel şəlaləsi də burada yerləşir.

0 points