Qvatemala Mərkəzi Amerikada yerləşir. Ölkə cənub şərqdən Salvador, şərqdən Hondurasla, şimal şərqdən Belizlə və şimal qərbdən Meksika ilə sərhəddə malikdir.
Qvatemalanın həm Atlantik həm də, Sakit okeana çıxışı var. Sakit okean sahilində Ketçal və San-Xose limanları, Atlantik okeanı sahillərində isə Puerto-Barrios və Santo-Tomas-de Kastiliya limanları fəaliyyət göstərir.
Əhalisinin sayı ən şox olan Mərkəzi Amerika ölkəsi sayılır. İqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Son illərdə ölkədə turizmin inkişafı əhəmiyyətli dərəcədə artmışdır. Tarixi mayya mədəniyət abidələri, və ekzotik təbiəti turistləri cəlb edən səbəblərdən sayılır. Mərkəzi Amerika ölkələri içərisində ən yaxşı iqtisadiyyata malik olsa da kasıb ölkələr sırasındadır.