Qütblərdə yaşayan heyvanların çoxu isti iqlimlərdə yaşayan növlərə görə daha çox bədən örtüyünə sahibdirlər. Məsələn: sıx tük örtüyünə sahibdirlər və dəriləri daha qalındır. Dəri altında yerləşən yağ təbəqəsidə daha qalındır və buna görədə soyuqdan daha yaxşı qorunurlar.
Bir başqa uyğunlaşma isə bədən istiliyinin donmasının qarşısını alan antifriz proteini sintez edə bilmələridir. Etilen qlikol olaraq bilinən bu maddə maşınların donmaması üçün istifadə edilən antifrizin tərkibinədə daxildir.
Bəzi ümumiləşdirmələrə əsasən soyuq yerlərdə yaşayan quş və məməlilərin bədən ölçüsünün böyük olması daha cox istilik saxlamağa kömək edir. Ekologiyada istifadə edilən başqa bir ümumiləşdirməyə əsasən isə soyuqda yaşayan heyvanların bədən çıxıntıları (əl, ayaq, qulaq, burun) daha kiçikdir bununda səbəbi bədən istiliyini daha yaxşı saxlamaqdır.