Qütb planalması nə əsasında yerinə yetirilir?

Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Plan müəyyən məqsədlə aparılır. Görüləcək işin dəqiqliyindən və ərazinin böyüklüyündən asılı olaraq müxtəlif planalma üsullarından istifadə olunur. Çox dəqiq planalma zamanı mürəkkəb alətlərdən istifadə olunur. Kiçik ərazilərin çox da dəqiq olmayan planalması zamanı isə sadə alətlərdən istifadə etməklə plan tərtib edilir.

Qütb planalması sadə planalmanın bir növü olub, bu zaman plan bir nöqtədə dayanmaqla tərtib edilir. Bu zaman istifadə olunan alətlər aşağıdakılardır: menzula (üçayaq), planşet, kompas, ruletka və ya çöl pərgarı, vizir xətkeşi, kağız, karandaş və pozan.

Plan tərtib edilərkən müşahidəçi planı tərtib ediləcək ərazinin ortasında dayanaraq ətraf məntəqələrin istiqamətini və məsafəsini ölçərək kağız üzərində qeyd edir və bu material əsasında plan tərtib edilir.

0 points