Tornado answered
Hər hansı bir ərazinin yuxarıdan, irimiqyaslı, şərti işarəli təsviri plan adlanır. Planaalma iki yolla aparılır, havadan və yerüstü. Yerüstü planaalma iki yolla aparılır dəqiq və gözəyarı. Gözəyarı planaaalma özü də iki üsulla yerinə yetirilir, marşurut üsulu və qütb üsulu.
Qütb üsulu ilə planaalma zamanı aşağıdakı sadə alətlərdən istifadə olunur: menzula (üzərinə planşet bərkitmək üçün taxta üçayaq), planşet, kompas, xətkeş, pərgar, karandaş, pozan. Bu üsulla planaalma zamanı, ərazinin tam ortasında dayanaraq kənarda olan obyektlərin istiqamətini təyin edir, dayanılan yerlə həmin obyekt arasındakı məsafəni ölçürlər və planşet üzərinə köçürürlər. Bir nöqtədən aparıldığına görə bu planaalma qütb planaalması adlanır.