Qurdeşənəyi nədir?

Tibb Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Murguz Safarov answered

Urticaria yəni qurdeşənəyi. Ətrafı qızarıqlıqla çevrili, ortası ağımtıl, böyüklüyü bir neçə mm-dən bir neçə sm-ə qədər dəyişir, müxtəlif şəkillərdə ola bilən, qaşıntılı səpkilərdir. Qurdeşənəyi gicitkan dalamış kimi qaşıntı verir. Dodaqlarda, göz qapaqlarında, genital bölgədə yada bədənin hər hansı bir yerində şiş(şişlik) şəklində ortaya çıxa bilir. Bəzən qabarcıqlar toplu halda bir yerdə çoxlu meydana gəlir. Bəzən günlərlə davam edir, bəzən isə bir neçə gün sonra birdən itə bilir. Əgər qurdeşənəyi  6 həftədən çox davam edirsə xroniki bir narahatlıqdan söhbət gedir.

0 points