Qreypfrut daha az tələb olunan meyvədir. Bunun səbəbi isə dadının acı olmasıdır. Qrepfrutunda tərkibində digər bütün sitrus meyvələri kimi limon turşusu vardır. Acı və turş dadı olan limon turşusu əslində bütün sitrus meyvələrinə xarakterik dad verir. Ancaq iqlimə, ağacın tipinə və başqa səbəblərlə əlaqəli olaraq meyvənin içərisindəki şəkər miqdarı fərqli ola bilir. Qreypfrutun tipik acı dadı isə naringenin (C15H12O5) adlı kimyəvi birləşmədən irəli gəlir.
Qreypfruta qırmızı rəngi verən laykopen piqmentidirki buda təbiətdəki ən güclü antioksodantlardan biridir. Laykopen həmdə LDL xolestrin dediyimiz zərərli xolestrinin nisbətini azaldır.
Qreypfrut həmçinin keyfiyyətli lifli qidadır. Bundan başqa qaraciyərdə yağ toplanmasının qarşısını alan inozitlə zəngin bir meyvədir.