Tornado answered
Göllər mənşəyinə görə bir-birindən fərqlənirlər. Tektonik əyilmə və tektonik sınma zonalarında yaranan göllər tektonik göllər adlanır. Xəzər, Aral və s. göllər tektonik əyilmə zonasında yaranan göllərdir.
Tektonik sınma (qraben) zonalarında yaranan göllər Tanqanika, Nyasa, Baykal və s. gölləri göstərmək olar ki, bu tip göllərin çuxurları uzunsov və dərin olurlar. Hətta bu tip göllərdə sahil zolağı sınma xəttinin divarlarına uyğun gələ bilir.