Tornado answered
Qoluey körfəzi Atlantik okeanının şimalında İrlandiyanın qərb sahillərində Qoluey qraflığı ilə Konnaxt əyaləti arasında yerləşir. Körfəz okeandan Aran adası ilə ayrılıb. Dərinliyi 42m, uzunluğu 66km və eni 40 km-ə yaxındır.
Körfəzə tökülən çox sayda çaydan ən böyüyü Korrib çayıdır. Körfəzin qurtaracağında Korrib çayının mənsəbində Qoluey liman şəhəri yerləşir. Bu şəhər 100 illərlə Fransa və İspaniya ilə aparılan ticarət əlaqəsində mühümm rol oynamışdır.