Tornado answered
Dünyanın ən böyük isti cərəyanı olan Qolfstrim Atlantik okeanında yaranır. Cərəyan Florida yarımadası sahillərindən başlayaraq Şimal Buzlu okeana qədər böyük məsafə qət edir. Qolfistrim cərəyanının eni 70-90 kilometrə bərabərdir. Cərəyanın səthində temperatur 25-26 dərəcəyə, 400 metr dərinlikdə isə 10-12 dərəcəyə bərabərdir.
Cərəyanın Avropa sahillərinin iqliminin mülayimləşməsində rolu əvəzedilməzdir. Yanvar ayında Norveç sahillərində tempeaturun +15-20 dərəcəyə və Murmansk limanında +11dərəcəyə qədər yüksəlməsi Qolfstrimın təsiri ilə baş verir.
