Qızıl necə yaranır?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Qızıl kimyəvi elementdir. Özünə məxsus sarı (qızılı) rəngə sahibdir. Alimlərin araşdırmalarına görə ilk metallardan biri olmuşdur.

Bu metalın qiymətli olmasının səbəbi gözəl olması və təbiətdə az miqdarda olmasıdır.

Qızıl ərimiş qaya olan maqmanın qatı qaya içərisində qalmasından sonra əmələ gəlir. Qaya içərisində təbəqələnmiş maqma içərisində su və digər buxarlana bilən maddələr yüksək təzyiq nəticəsində ayrılır. Yüksək təzyiq nəticəsində qayalarda çatlar əmələ gəlir. Bu çatların içərisində hidrotermal məhlul olur. Bu məhlul burada soyuyur və qatılaşır və bu vaxt kvars damar şəklində çökür. Qızıl aşağı ərimə temperaturuna malik olduğundan hidrotermal məhlul ilə birlikdə qatılaşır. Buna görədə qızıl axtardıqda ilk görünən kvars qatılaşmasıdır.

0 points