“Qızıl daş” olaraq bilinən Paqoda Çayttiyo Myanma Mon ştatında yerləşən çox tanınmış bu yer budisttlərin həcc mərkəzidir.
“Qızıl daş”nın zirvəsində kiçik (5 kv.m) budist məbədi yerləşir. Üzəri sitayiş edənlər tərəfindən gətirilmiş qızıl yarpaqlarla doludur. Daşın qayada dayanma yeri cazibə qüvvəsi təsir etmirmiş kimidir.
Əfsanəyə görə 2500 il əvvəl Budda yer üzünə endiyi vaxt bir keşişə saçından bir parça verib. Keşiş ölmədən əvvəl oğlu Tissadan bu saçı daşa bağlayıb müqəddəs etməsini istəmişdir. Bundan sonra oğlu Birma kralı olmuşdur və müqəddəs hədiyyəni Çayttiyo dağına yerləşdirib atasının vəsiyyətini yerinə yetirib.
Myanmardakı buddistlər qayanın müvazinətdə qalmasının səbəbinin o saç teli olduğuna inanırlar. Qadınlara daşa toxunmaq, çox yaxınına getmək qadağandır. Daşın tərkibi qranitdir. Bu qaya Çayttiyo dağının zirvəsindədir.