Tornado answered
Köçəri heyvandarlıqla məşğul olan bəzi ölkələrdə məsələn, Azərbaycan, Mərkəzi Asiya ölkələri, Əfqanıstan və s. qış mövsümündə dağlıq ərazilərdə ot olmadığına görə aran yerlərində 8-9 ay müddətində yaşamaq üçün istifadə edilən yerlərdir. Qışlağı kəndə keçid kimi də ifadə etmək olar.
Qışlaqlarda heyvanlar üçün yataq, insanların özləri üçün də yatmaq və yaşamaq üçün yerlər olur. Qışlağın kəndə keçid olduğunu Azərbaycanın bəzi kəndlərinin adının sonunda qışlaq sözünün yazılması da sübut edir. Məsələn, Böyükqışlaq (Tovuz rayonu), Düzqışlaq (Qazax rayonu) və s.