Qışda yarpağını tökən bitkilər necə tənəffüs edir?

Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Bitkilərin tənəffüs orqanı əsas yarpaqlardır. Yarpaqlarla fotosintez edən bitki yaşayır.

Yarpaqlarını tökən bitkilər qışda fotosintez etmirlər çünki, fotosintez üçün yarpaqda olan xlorofilə ehtiyac vardır. Buna görədə isti havalarda yəni, yarpaqları üzərində olarkən çoxlu qida yığırlar. Yığılan bu qida nişastadır. Qışda bir bitki yaşamaq üçün yığdığı nişastadan istifadə edərək oksigenli tənəffüslə yandırıb enerji əldə edir.

Yarpaqlarda fotosintez və tənəffüs edilirsədə bitkinin başqa hissələrindədə oksigenli tənəffüs getməsi mümkündür. Odunlaşmış bitkilərin gövdəsi və kökləri də canlı hüceyrələrdən təşkil edilmişdir. Bu hüceyrələrin hər biridə oksigen ilə tənəffüs edən orqaneller olan mitoxondrilərə sahibdir.

Bitkinin qabığında olan lentisel adı verilən dəlik və kiçik açıqlıqlarda bitkinin tənəffüsündə iştirak edir.

0 points