Tornado answered
Fəal seysmik ərazilərdə dərinlikdə olan yüksək temperatura malik sular müəyyən fasilələrlə gaynar su və su buxarı püskürürlər. Bu cür püskürən bulaqlara qeyzerlər deyirlər. ”Qeysir “ İsland sözü olub fışqırmaq deməkdir. Qeyzerlərə vulkanizmin güclü olduğu yerlərdə rast gəlinir. Qeyzerlərin sularında müxtəlif mineral birləşmələr , xüsusilə kükürdlü birləşmələr olur və bunlar qeyzerit adlı süxurları əmələ gətirirlər. Suyun səthə çıxdığı yerdə dairəvi çökəklik əmələ gəlir ki, buna qrifon deyilir.
Qeyzerlərə ən çox İslandiyada, Rusiyada (Kamçatkada), ABŞ-da,Yeni Zelandiyada, Böyük Zond adalarında ,Yaponiyada, İtaliyada və s, yerlərdə rast gəlinir.
