Qərb ölkələri hansı körfəzi sadəcə olaraq Körfəz adlandırırlar?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Biz, Ərəbistan yarımadası və İran arasında yerləşən bu körfəzi İran körfəzi və ya Fars körfəzi kimi tanıyırıq.

Körfəz Hörmüz boğazı və Oman körfəzi vasitəsi ilə Ərəbistan dənizinə və Hind okeanına birləşir. Körfəzə Dəclə və Fərad çaylarının birləşməsindən yaranan Şəttül Ərəb çayı tökülür.

Müxtəlif mənbələrdə körfəzi müxtəlif adlarla adlandırmışlar. İranlılar” Fars körfəzi”, ərəblər” Ərəb körfəzi”, hətta deyilənə görə türklər də onu” Bəsrə körfəzi” adlandırırmışlar. Hətta oradan neft çıxarıldığına görə son illər onu “Neft körfəzi“ də adlandırırlar.

0 points