Qəhvə niyə yuxu qaçırdır?
Qəhvənin tərkibində kofein adı verilən alkoid var. Bitki tərkibli bir kimyəvi maddə olan kofeinin beyin və sinir sitemini sürətləndirən bir təsiri vardır.
Adenozin olaraq bilinən bir şəkər beyinə təsir edərək sinirlərin fəaliyyətinin sürətini azaldır. Kofein adenozinin yerinə kecərək yuxu halını ortadan götürür.
Qəhvə içildiyində təkcə yuxu qaçırtmır bununla birlikdə ürək döyünmə artır, daha çox sidik ifrazı olur (kofein həmdə diuretikdir), bədən temperaturunu artırır və həzm sisteminin daha çox turşu istehsal etməsinə səbəb olur.
Bunun səbəbi sinirin qıcıqlanmasında kofein səbəbiylə görülən azalma hipofiz vəzini fəaliyyətə keçirir. Sinir sistemini normallaşdırmaq üçün adrenalin ifrazı başlayır və bunun nəticəsindədə yuxarıdakı şikayətlər meydana gəlir.