Böyük stulun heç olmaması və ya çox az olmasına qəbizlik deyilir. Tibb dilində isə konstripasyon adı verilir. Kifayət qədər sulu qidalar yeməmək, sinir problemləri, bağırsaq keçməməzliyi, həzm sistemi pozuntuları, hormonal problemlər, babasil, yırtıq boğulması qəbizliyi yaradan səbəblər arasındadırlar. Bundan başqa günlərinin böyük qismini oturaraq keçirmək məcburiyyətində olanlarda, hamilələrdə və yaşlılarda görülür. Əvvəlcə qəbizliyə səbəb olan xəstəliyi müəyyən etmək lazımdır. Əsas səbəbi müəyyən etmədən istifadə olunan qarın açıcı dərmanlar pis nəticələr verə bilər. Qəbiz olmağın qarşısını almaq üçün tərəvəz şorbaları və yeməkləri, mərcimək, ispanaq, salat, balıq, çovdar çörəyi yemək çox faydalıdır. Bundan başqa ərik cemi, bal, üzüm, alma yemək, bol su və ya şərbət içmək faydalıdır. Xroniki qəbizlikdən şikayət edənlərində çox ət, yumurta, pendir, ağ çörək, banan kimi qidaları azaltmaları, qəhvə, çay, siqareti minimuma endirmələri və spirtli içki istifadə etməmələri lazımdır. Qəbizliyi aradan qaldıran dərmanların çox miqdarda və uzun müddət istifadə edilməsi pis nəticələr yarada bilər. Bu səbəbdən dərmanları istifadə edərkən tövsiyə edilən miqdarları keçməmək lazımdır.