Qaşıntı nəyi göstərir?

Tibb Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Murguz Safarov answered

Bədənin hər hansı bir yerində hiss edilən və böcək gəzirmiş kimi hiss edilən, yüngül yanma və batma kimi narahatlıqlarla ortaya çıxan qaşıntıya tibb dilində pruritus və ya kaxeksiya deyilir. Qaşıntının birbaşa səbəbləri çox müxtəlifdir. Bunlar belə sıralana bilər: 1. Sabun, yuyucu tozlar və bəzi boyaların səbəb olduğu qaşıntılar. 2.Yun və ya neylonların səbəb olduğu qaşıntılar. 3. Bəzi kimyəvi maddələrin səbəb olduğu qaşıntılar. 4. Göbələk, yumurta, süd, çiyələk, soğan kimi bəzi qidaların səbəb olduğu qaşıntılar. 5. Bəzi dərmanların səbəb olduğu qaşıntılar. 6. Şəkər, qaraciyər, böyrək xəstəliklərin və ya leykozun səbəb olduğu qaşıntılar. 7. Qurdeşənəyi, eqzema, suçiçəyi, qızılca və ya dəri iltihabının səbəb olduğu qaşıntılar. 8. Əsəbilik və psixoloji xəstəliklərin səbəb olduğu qaşıntılar. Müalicənin ilk şərti qaşıntını yaradan səbəbi tapmaqdır. 

0 points